Xəzər Xəbər

Ötən il 46 uşaq sosial sığınacaqlara yerləşdirilib

Cəmiyyət | 11:54 • 17 Fevral 2020
Ötən il 46 uşaq sosial sığınacaqlara yerləşdirilib
Azyaşlı məktəblilərin və yeniyetmələrin profilaktikası istiqamətində keçirilən tədbirlər kampaniya xarakteri daşımır. Hər bir Azərbaycan vətəndaşının təhlükəsizliyini qorumaq, hüquqlarını bərpa etmək bizim üçün müqəddəs vəzifədir. Bu məsələ müzakirə olunmur, dərhal icra edilir. 

Bu barədə AZƏRTAC-ın sorğusuna cavab olaraq Bakı Şəhər Baş Polis İdarəsinin mətbuat xidmətinin rəisi, polis mayoru Elşad Hacıyev bildirib ki, uşaq hüquqları üzrə üzərimizə düşən vəzifələrin icrası istiqamətində daxil olan bütün müraciətlərə diqqətlə yanaşılır. Təkcə rəsmi müraciətlər yox, eyni zamanda, sosial şəbəkələrdə, mətbuatda uşaq hüquqlarının pozulması ilə bağlı yayılan məlumatlar da nəzarətə götürülür, yoxlanılır, araşdırılır, müvafiq tədbirlər həyata keçirilir. Hər bir Azərbaycan vətəndaşının təhlükəsizliyini qorumaq, hüquqlarını bərpa etmək bizim üçün müqəddəs vəzifədir. Bu məsələ müzakirə edilmir, dərhal icra olunur. Uşaq hüquqlarının qorunmasında risk qrupuna daxil olan, yaxud münaqişəli ailələrdə böyüyən azyaşlıların mühafizəsinə həssas yanaşırıq. Uşaq hüquqlarının pozulmasının qarşısının alınması ilə yanaşı, onların təhsilə cəlb edilməsi, ailələrlə profilaktiki söhbətlərin aparılması işi fəaliyyətimizin tərkib hissəsidir. Bakı Şəhər Baş Polis İdarəsinin İctimai Təhlükəsizlik İdarəsi və ərazi polis orqanları tərəfindən orta ümumtəhsil ocaqlarında və ona bərabər yerlərdə ötən il azyaşlıların profilakatikası, maarifləndirilməsinə dair 468 müxtəlif məzmunlu görüşlər keçirilib.


Küçə uşaqları ilə bağlı vəziyyətin də daim diqqət mərkəzində olduğunu deyən E.Hacıyev bildirib: "Tərəfimizdən belə hal aşkarlandıqda dərhal araşdırma başlanılaraq, onun mənsub olduğu ailə öyrənilir, olmadıqda isə profilaktiki qeydiyyata alınaraq müvafiq sığınacaqlara yerləşdirilir. Bu məqsədlə ötən il Bakı Şəhər Baş Polis İdarəsinin İctimai Təhlükəsizlik İdarəsi və ərazi polis orqanları tərəfindən 573 reyd təşkil olunub. Aşkarlanan 46 uşaq sosial sığınacaqlara yerləşdirilib, eləcə də 7 nəfər atılmış körpə tərəfimizdən tapılaraq, uşaq evlərinə təhvil verilib”.

Rubrikanın digər xəbərləri

Aprelin bütün sosial
Aprelin bütün sosial ÖDƏNİŞLƏRİ YEKUNLAŞDI
18:40 • 25 Aprel 2024
Qarabağa avtobus reyslərinə may ayı üçün biletlər
Qarabağa avtobus reyslərinə may ayı üçün biletlər satışa çıxarılır
17:03 • 25 Aprel 2024
İnternat məktəbinin direktoru
İnternat məktəbinin direktoru işdən çıxarıldı
17:00 • 25 Aprel 2024
Elmira Süleymanova
Elmira Süleymanova dəfn olunub
16:09 • 25 Aprel 2024
Xocalıda insan qalıqları
Xocalıda insan qalıqları AŞKARLANDI
15:21 • 25 Aprel 2024
Azərbaycanın ilk ombudsmanı
Azərbaycanın ilk ombudsmanı VƏFAT EDİB
14:10 • 25 Aprel 2024
Bu istiqamətdə əlavə qatar reysləri
Bu istiqamətdə əlavə qatar reysləri təyin edildi
10:20 • 25 Aprel 2024
Fransanın sərnişin təyyarəsi Bakıya
Fransanın sərnişin təyyarəsi Bakıya QƏZA ENİŞİ ETDİ
18:47 • 24 Aprel 2024

Xəbər lenti