Xəzər Xəbər

50 yaşdan sonra arıqlamaq olmur?

Cəmiyyət | 09:52 • 17 Fevral 2020
50 yaşdan sonra arıqlamaq olmur?

Yaş artdıqca artıq çəki yaranma riski daha çox olur. O da sirr deyil ki, 50 yaşdan sonra arıqlamaq cəhdləri 30 yaşdan sonra olduğundan daha az təsirli olur. Amma buna baxmayaraq, bu yaşda da müəyyən qaydalara əməl olunsa, artıq çəkidən qorunmaq olar.


Mütəxəssislər bunun üçün daha çox ədviyyat qəbul etməyi məsləhət görürlər. Onlar yalnız maddələr mübadiləsini sürətləndirmir, həm də yağlı və şirin qidalardan daha asan imtina etməyə kömək edir.


Yemək yeyərkən asta-asta çeynəmək lazımdır, çünki doymaq hissi müəyyən bir müddətdən sonra yaranır və uzun-uzadı çeynəmək bu müddəti tezləşdirir.


Bundan başqa, əsas məsələ həm də fiziki aktivlikdir. Uzun gəzintilər, velosiped və ya üzgüçülük əla vasitə sayılır.

Mütəxəssislər kalori hesablamaq vərdişindən imtina etməyi və bunun əvəzinə sağlam qidalara üstünlük verməyi məsləhət görürlər.


Bundan başqa, gün ərzində bol miqdarda maye-su qəbul etmək, zülal tərkibli qidalar bədən çəkisinin hər kiloqramı üçün 1 qram protein qəbul etmək məsləhət görülür. (e-tibb.az)

Rubrikanın digər xəbərləri

Fransanın sərnişin təyyarəsi Bakıya
Fransanın sərnişin təyyarəsi Bakıya QƏZA ENİŞİ ETDİ
18:47 • 24 Aprel 2024
Azad edilmiş ərazilərdə
Azad edilmiş ərazilərdə ilk hərrac
13:05 • 24 Aprel 2024
Sabah 31 dərəcə isti olacaq
Sabah 31 dərəcə isti olacaq Proqnoz
12:05 • 24 Aprel 2024
Şəki və Qəbələnin qaz təchizatında
Şəki və Qəbələnin qaz təchizatında fasilə yaranacaq
09:04 • 24 Aprel 2024
Azərbaycanda nikahın pozulması üçün yeni dövlət rüsumu
Azərbaycanda nikahın pozulması üçün yeni dövlət rüsumu müəyyən edilir
14:07 • 23 Aprel 2024

Xəbər lenti

Çox oxunanlar