Xəzər Xəbər

Ərdoğan: Çindəki Azərbaycan vətəndaşlarını Türkiyə təxliyə edəcək

Dünya | 19:41 • 29 Yanvar 2020
Ərdoğan: Çindəki Azərbaycan vətəndaşlarını Türkiyə təxliyə edəcək

Hazırda Çində 25-ə qədər Türkiyə, 10-a qədər Azərbaycan vətəndaşı var.

Trend-in məlumatına görə, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan jurnalistlərin koronavirusla bağlı sualını cavablandırarkən deyib.

Prezidentin sözlərinə görə, Türkiyə Səhiyyə Nazirliyi məsələ ilə bağlı təmkinli açıqlamalar verir:

"Səhiyyə nazirimizin bu məsələdə açıqlaması belədir ki, bizdə hələki hər hansı təhlükə yoxdur. Amma Çində 25-ə qədər Türkiyə, 10-a qədər də Azərbaycan vətəndaşı var. Onlar geri qayıtmaq istəyirlər. "Tədbirlərinizi alın, azərbaycanlı qardaşlarımızı da daxil edin. Karantinə götürərək Türkiyəyə gətirək" dedik".

Xəbər lenti