Xəzər Xəbər

Elektron pasportlar veriləcək - Rusiya vətəndaşlarına

Dünya | 21:18 • 29 Yanvar 2020
Elektron pasportlar veriləcək -

Rusiya vətəndaşlarına yeni – elektron pasportlar veriləcək.


Bu barədə Rusiya Daxili İşlər Nazirliyinin Miqrasiya Məsələləri üzrə Baş İdarəsinin rəisi Valentina Kazakova jurnalistlərə məlumat verib.


O deyib ki, bank kartını xatırladacaq yeni pasportlarda vətəndaşların adı, soyadı, ata adı, doğum tarixi və yeri qeyd olunacaq. Yeni pasportlara quraşdırılacaq çiplərdə barmaq izləri və digər məlumatlar yerləşdiriləcək.


Köhnə pasportların yeniləri ilə əvəzlənməsi prosesi tədricən həyata keçiriləcək. Yeni pasportların bu ilin iyulundan verilməsinə başlanacağı ehtimal edilir.

Xəbər lenti