Xəzər Xəbər

Azərbaycanda 20 müəllimə sərt cəza verildi, 1 nəfər isə işdən çıxarıldı - RƏSMİ

Gündəm | 16:05 • 29 Yanvar 2020
Azərbaycanda 20 müəllimə sərt cəza verildi,

2019-cu ildə Təhsil Nazirliyinin xüsusi hallarla bağlı 146-2 "Qaynar xətt” xidmətinə 154 müraciət daxil olub.

Nazirlikdən XəzərXəbər-ə verilən məlumata görə, Bakı şəhəri də daxil olmaqla, 5 şəhər və 31 rayon ümumi təhsil müəssisəsindən daxil olan müraciətlər şagirdlər arasında qısnama (bulinq) halları və ya şagird-müəllim arasında yaranmış münaqişə vəziyyətləri ilə bağlıdır.

Təhsil Nazirliyinin tapşırığına əsasən, müraciətlər şagirdlərin, onların valideynlərinin və müəllimlərinin iştirakı ilə yerində dərhal araşdırılıb. Araşdırma nəticəsində təsdiqini tapmış hallar məktəblərin Pedaqoji şuralarının müzakirəsinə çıxarılıb, fəaliyyətində nöqsanlara yol vermiş 20 məsul şəxs barəsində intizam tənbehi tətbiq edilib, 1 nəfər işdən azad edilib. 4 müraciətlə bağlı aidiyyəti orqanlarda araşdırma davam etdirilir.

Xatırladaq ki, ötən il Təhsil Nazirliyi tərəfindən şagirdlərə dəstək məqsədilə 146-2 "Qaynar xətt” xidməti istifadəyə verilib və "Mənimlə danış” sosial kampaniyasına başlanılıb. Bu kampaniya çərçivəsində tanınmış simalar qısnamaya məruz qalmış məktəblinin hekayəsini təqdim edirlər.

Xəbər lenti