Xəzər Xəbər

DƏQİQLƏŞDİ: AFFA millimizi çalışdırmağa 5 məşhur namizəd tapıb

İdman | 15:19 • 29 Yanvar 2020
DƏQİQLƏŞDİ:

Azərbaycan millisinin baş məşqçisi olmağa32 namizəddən 5-nin adıbəllidi.

Bu, AFFA-da yeni icraçı vitse-prezident postunu tutan Elxan Məmmədovun keçirdiyi mətbuat konfransı zamanı müəyyənləşib.

İTV telekanalı Elxan Məmmədovun əlində olan dəftərdən millinin baş məşqçi vəzifəsinə namizəd olan bir sıra mütəxəssislərin adını lentə ala bilib.

Onların adlarını isə telekanalın əməkdaşı Tural Dadaşov açıqlayıb. Namizədərdən 3-ü italiyalı - Canni Di Byazi, Luici Di Byaco və Çezare Prandelli, belaruslu Oleq Kononov və serbiyalı Branko İvankoviçdir.

Qeyd edək ki, İcraiyyə Komitəsinin 15 gündən sonra keçiriləcək növbəti iclasınadək namizədlərin sayı 15-ə endiriləcək və yekun qərar qəbul olunacaq.

Fanat.Az

Xəbər lenti