Xəzər Xəbər

Şabran rayon sakinindən tapança götürülüb

Hadisə | 14:34 • 29 Yanvar 2020
Şabran rayon sakinindən tapança götürülüb

Polis əməkdaşları əllərdə qanunsuz saxlanılan odlu silah-sursatın aşkarlanması istiqamətində növbəti əməliyyat-axtarış tədbiri həyata keçiriblər.


Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən xezerxeber.az-a bildiriblər ki, Nəsimi Rayon Polis İdarəsinin 20-ci polis bölməsi əməkdaşlarının əldə edilmiş məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Şabran rayon sakini, əvvəllər məhkum olunmuş Z.Məlikovdan "Minta-37” markalı tapança və üç patron aşkar edilərək götürülüb.


Faktla əlaqədar cinayət işi başlanıb.

Xəbər lenti