Xəzər Xəbər

Dünya yeni virusla üz-üzə: 6 gündə 6 uşaq öldü

Gündəm | 14:27 • 29 Yanvar 2020
Dünya yeni virusla üz-üzə:

Çindən yayılan koronavirus təhlükəsi davam etdiyi bir zamanda Kolumbiyada uşaqlar arasında yeni virus yayılıb.

Bu məlumatı Kolumbiya Səhiyyə Nazirliyi yayıb.

Məlumata görə, Kolumbiyada yanvarın 23-dən etibarən 6 uşaqın ölümünə, 60-dan çox adamın xəstələnməsinə səbəb olan yeni bir epidemiya yayılıb. Epidemiyanın səbəbi hələ ki bilinmir.

Qeyd edək ki, Kolumbiya Səhiyyə Nazirliyi epidemiya ilə bağlı Beynəlxalq Səhiyyə Təşkilatına müraciət edib./axar.az

Xəbər lenti