Xəzər Xəbər

Serj Sarkisyanın cinayət işi məhkəməyə göndərilib

Dünya | 14:03 • 29 Yanvar 2020
Serj Sarkisyanın cinayət işi məhkəməyə göndərilib

Ermənistanın sabiq prezidenti Serj Sarkisyanın cinayət işi məhkəməyə göndərilib.


"Sputnik Armenia”nın verdiyi xəbərə görə, bu barədə Ermənistan Baş Prokurorluğunun mətbuat katibi Arevik Xaçatryan bildirib.


O deyib ki, cinayət işi baxılması üçün İrəvan məhkəməsinə göndərilib.

Qeyd edək ki, cinayət işi üzrə daha 4 nəfər ittiham olunur. Onlardan biri "Fleş" neft şirkətinin rəhbəri, iş adamı Barseq Beqlaryandır.

Xatırladaq ki, Ermənistanın 3-cü prezidenti olan S. Sarkisyan 2008-ci ildən 2018-ci ilə kimi ölkəyə rəhbərlik edib. S. Sarkisyana qarşı Cinayət Məcəlləsinin 38-179-cu maddələrinə (mənimsəmə və israfçılıq) əsasən ittiham irəli sürülüb. S. Sarkisyan 2013-cü il yanvarın 25-dən fevralın 7-dək bir qrup məmurdan 489 milyon dram (1 milyon dollardan çox) pulu mənimsəmə, oğurlama və israf etməkdə ittiham olunur. Onun ölkədən çıxışına qadağa qoyulub.

Xəbər lenti