Xəzər Xəbər

Dünyanın maliyyə mərkəzi dəyişdi: London statusunu itirdi

Dünya | 12:22 • 29 Yanvar 2020
Dünyanın maliyyə mərkəzi dəyişdi:

London dünyanın ən böyük maliyyə mərkəzi statusunu Nyu-Yorka təhvil verib.

Axar.az xəbər verir ki, bu məlumat "Duff & Phelps” şirkətinin hazırladığı "Qlobal Tənzimləmə Perspektivləri” hesabatında yer alıb. Şirkət rəhbərləri arasında keçirilən sorğunun nəticələrinə əsasən, respondentlərin 56%-i Nyu Yorku, 34%-i isə Londonu maliyyə mərkəzi olaraq təqdim edib.

Hesabatda Breksitin Londonun ikinci sıraya düşməsində mühüm rol oynadığı bildirilib.

Qeyd edək ki, bundan öncə sorğu zamanı respondentlərin 53%-i Londonu, 42%-i Nyu-Yorku maliyyə mərkəzi olaraq göstərmişdi.

Xəbər lenti