Xəzər Xəbər

Bu cihaz zəlzələdən 10 dəqiqə öncə XƏBƏRDARLIQ edəcək VİDEO

Veb TV | 11:56 • 29 Yanvar 2020
Bu cihaz zəlzələdən 10 dəqiqə öncə XƏBƏRDARLIQ edəcək

Balıkesirli elektronika mühəndisi Cengiz Çetin "DeHa” adını verdiyi cihazla zəlzələni baş vermədən öncə öyrənə biləcəyini iddia edib.

Mühəndis bildirib ki, ixtira etdiyi qurğu ilə yeraltı təkanlardan öncə yaranan elektromaqnit dalğalar vasitəsilə 5 ballıq zəlzələdən 10 dəqiqə əvvəlcədən xəbər tutmaq mümkündür:

"Dünyanın ən yaxşı professoru da gəlsə, istifadə etdiyim sistemin nə olduğunu anlaya bilməz. İcadım tamamilə elmi xarakter daşıyır. Tayvanlı zəlzələ mütəxəssisi Dayson Lin də məndən qurğu barəsində məlumat istəyib. Son günlərdə ard-arda baş verən zəlzələlər məni "Zəlzələ xəbərçisi”ni icad etməyə sövq etdi”.

Qeyd edək ki, "DeHa”nıniki özəlliyi var: siqnal vermək və əvvəlcədən cihazın yaddaşına yazılmış 2 nömrəyə mesaj göndərmək./publika.az

Xəbər lenti