Xəzər Xəbər

Bu xəbəri eşidəndə ŞOKA DÜŞDÜM - Klopp

İdman | 11:35 • 29 Yanvar 2020
Bu xəbəri eşidəndə ŞOKA DÜŞDÜM - Klopp
"Liverpul"un baş məşqçisi Yurgen Klopp məşhur basketbolçu Kobi Brayantın ölümü barədə haqda danışıb.

Britaniya mətbuatı xəbər verir ki, 56 yaşlı mütəxəssis amerikalı idmançının fanatı olduğunu söyləyib: "Mən həqiqətən bu xəbərdən şoka düşdüm. Bir dəfə onunla görüşdük, birgə selfi çəkdirdik. Kobinin böyük fanatı idim. O, xeyriyyəçiliklə məşğul idi, idmanı təbliğ edirdi. Kobinin aramızdan ayrılması bizə parlaq həyatda işlərin nə qədər tez pozula biləcəyini göstərdi".

Xatırladaq ki, Brayant 2 gün əvvəl Kaliforniyada helikopter qəzası nəticəsində qızı Cianna ilə birgə dünyasını dəyişib./publika.az

Xəbər lenti