Xəzər Xəbər

Fələstin və Həmas Trampın planını rədd etdi

Dünya | 10:06 • 29 Yanvar 2020
Fələstin və Həmas Trampın planını rədd etdi

Fələstin prezidenti Mahmud Abbas və "Həmas” təşkilatının siyasi bürosunun rəhbəri İsmail Həniyyə ABŞ-ın "Yüz ilin planı”na qarşı birgə mübarizə aparmaq məsələsində razılığa gəliblər.

Bu barədə Fələstinin rəsmi xəbər agentliyi məlumat yayıb. Bildirilir ki, ABŞ prezidenti Donald Trampın açıqlamalarından sonra Mahmud Abbas və İsmail Həniyyə arasında telefon danışığı baş tutub. Tərəflər Fələstin-İsrail münaqişəsinin həllinə dair olduğu iddia edilən planı rədd etdiklərini bəyan ediblər.

Xatırladaq ki , Tramp "Yüz ilin planı”nda fələstinlilərə suveren dövlət vəd edib. Plana əsasən Qüds bütövlükdə İsrailin ərazisi və paytaxtı olacaq./publika.az

Xəbər lenti