Xəzər Xəbər

MAR-da hərbi toqquşmalarda 50 nəfər ölüb

Dünya | 16:59 • 28 Yanvar 2020
MAR-da hərbi toqquşmalarda 50 nəfər ölüb

Ötən həftə sonu Mərkəzi Afrika Respublikasında (MAR) hərbi birləşmələr arasında baş vermiş toqquşmalarda 50 nəfər ölüb.


"France-Presse”in verdiyi xəbərə görə, bu barədə bu gün yerli hakimiyyətin nümayəndəsi Evarist Binqvinidji məlumat verib.


Onun sözlərinə görə, hadisə MAR-ın şərqində yerləşən Bria şəhərində qeydə alınıb.


"50 nəfərə yaxın şəxs öldürülüb, onlardan artıq əksəriyyəti dəfn olunub. Ölənlərin dəqiq sayını söyləmək çətindir”, - deyə o vurğulayıb.


40 min nəfərdən çox əhalisi olan Bria şəhəri Haute-Kotto prefekturasının inzibati mərkəzdir, şəhər almaz yataqları ilə zəngindir. Yanvarın 25-də şəhərə nəzarət uğrunda hərbi birləşmələr arasında toqquşma baş verib. Bildirilib ki, qarşıdurmada özünümüdafiə dəstələri və "Seleka” silahlı müsəlman qruplaşmasının döyüşçüləri iştirak ediblər.


Xatırladaq ki, 2012-ci ildən etibarən MAR-da vətəndaş müharibəsi gedir.

Xəbər lenti