Xəzər Xəbər

ÜST-ün baş katibi koronavirusla bağlı insanları təşvişə düşməməyə çağırıb

Dünya | 14:22 • 28 Yanvar 2020
ÜST-ün baş katibi koronavirusla bağlı insanları təşvişə düşməməyə çağırıb

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) baş katibi Tedros Adanom Gebreisus Çinin Xarici İşlər naziri Vanq Yi ilə görüşüb.


Bu barədə Çin Xarici İşlər Nazirliyi (XİN) məlumat yayıb.


ÜST-ün baş katibi koronavirusun yayılmasının qarşısının alınması üçün Çin hökumətinin gördüyü tədbirləri yüksək qiymətləndirib. Baş katib bu istiqamətdə ÜST-lə Çinin yaxından əməkdaşlıq etdiyini və bu ölkəyə lazımi yardımın ayrılmasına hazır olduqlarını ifadə edib.


Tedros Adanom Gebreisus bəzi ölkələrin öz vətəndaşlarını Çindən təxliyə etməsi ilə bağlı məlumatlardan xəbərdar olduğunu deyib. O, hazırda Çində olan xarici vətəndaşların təxliyəsinin tərəfdarı olmadığını bildirib və insanları təşvişə düşməməyə çağırıb.


ÜST-ün baş katibi Çin hökumətinin virusun qarşısını almaq və ona nəzarət etmək qabiliyyətində olduğunu vurğulayıb.


Xatırladaq ki, Çində yeni növ koronavirusa yoluxanların sayı 4515 nəfərə çatıb, 106 nəfər xəstəlikdən ölüb. (APA)

Xəbər lenti