Xəzər Xəbər

ABŞ ilə heç bir danışıqlar aparılmayacaq - AÇIQLAMA

Dünya | 13:58 • 28 Yanvar 2020
ABŞ ilə heç bir danışıqlar aparılmayacaq -

ABŞ iqtisadi sanksiyalara aradan qaldırsa belə, İran bu dövlət ilə bir masa arxasında oturub danışıqlar aparmayacaq.


Bu sözləri İran İslam Şurası Məclisinin (parlament) Milli təhlükəsizlik məsələləri komitəsinin sədri Əlaəddin Borucerdi deyib.


O bildirib ki, generalın qətlindən sonra ABŞ ilə danışıqlar aparmağın heç bir faydası yoxdur. Əgər bu dövlət beynəlxalq qanunlara və imzalanan müqavilələrə əməl etmirsə, hansı danışıqlardan söhbət gedə bilər.


Xatırladaq ki, parlament üzvü olan Ə.Borucerdinin mövqeyinin Xarici İşlər naziri Məhəmməd Cavad Zərif və Prezident Həsən Ruhanin mövqeyindən fərqlənməsi İran mətbuatında müzakirələrə yol açıb.


Qeyd edək ki, İranın Xarici İşlər naziri və Prezidenti ABŞ tərəfindən sanksiyaların aradan qaldırılmasından sonra danışıqların mümkünlüyünü bildiriblər. (AZƏRTAC)

Xəbər lenti