Xəzər Xəbər

DİN 3 nəfərin öldüyü hadisə ilə bağlı məlumat yaydı

Hadisə | 13:48 • 28 Yanvar 2020
DİN 3 nəfərin öldüyü hadisə ilə bağlı məlumat yaydı

Daxili İşlər Nazirliyi Şəmkirdə baş vermiş dəhşətli qəza ilə bağlı məlumat yayıb.

XəzərXəbər nazirliyin mətbuat xidmətinə istinadən xəbər verir ki, yanvarın 27-də saat 21 radələrində Şəmkir rayonunun Şiştəpə kəndi ərazisində kənd sakini Ramin Əmiraslanov idarə etdiyi "Lexus” markalı avtomobili aşırıb.

Nəticədə sürücü və sərnişinləri olan qohumları Habil və Şahin Əmiraslanovlar hadisə yerində ölüblər.

Xəbər lenti