Xəzər Xəbər

Ever Baneqa yeni klubunu açıqladı sürpriz transfer

İdman | 11:31 • 27 Yanvar 2020
Ever Baneqa yeni klubunu açıqladı

"Sevilya"nın yarımmüdafiəçisi Ever Baneqa yeni mövsümdən karyerasını Səudiyyə Ərəbistanın "Əl-Şabab" klubunda davam etdirəcək.

Argentinalı futbolçu ərəblərlə anlaşdığını açıqlayıb. Onun əndəlüsiyalılarla müqaviləsi mövsümün sonunda başa çatır. Bu səbəbdən də Baneqa "Əl-Şabab"a azad agent statusu ilə keçəcək. Təcrübəli oyunçu yeni klubu ilə 3 illik anlaşdığını deyib.

31 yaşlı futbolçu bu mövsüm 23 oyuna 2 qol vurub, 7assist edib.

Argentina millisinin üzvü "Boka Xuniors", "Valensiya", "Atletiko" (Madrid), "İnter" kimi klublarda çıxış edib.

Xəbər lenti