Xəzər Xəbər

Hərbi hissədə DƏHŞƏT Onlarla yüksək rütbəli hərbçi güllələndi

Dünya | 11:12 • 27 Yanvar 2020
Hərbi hissədə DƏHŞƏT

Malidə hərbi hissəyə irimiqyaslı hücum təşkil edilib.

Hadisə nəticəsində aralarında yüksək rütbəli zabitlər də olmaqla azı 20 hərbçi həlak olub. Çox sayda yaralı var. Yerli mənbələrin məlumatına Sokolo şəhərində törədilən hücum zamanı hərbi hissənin ərazisindəki və ətrafda yerləşən binalara ciddi ziyan dəyib. Hücumda azı 10 silahlı iştirak edib. Onlar ağır silahlardan istifadə ediblər. Hadisədən sonra silahlılar aradan çıxmağa müvəffəq olublar.

Qanlı olayın hansı qruplaşma tərəfindən təşkil olunduğu məlum deyil. Hücumdan sonra əraziyə əlavə hərbi qüvvələr göndərilib. Silahlıların zərərsizləşdirilməsi üçün əməliyyatlar başlayıb./publika.az

Xəbər lenti