Xəzər Xəbər

Çində karantin bölgəsində qalan azərbaycanlılar - SON MƏLUMAT - VİDEO

Veb TV | 20:11 • 26 Yanvar 2020
Çində karantin bölgəsində qalan azərbaycanlılar -

Çində yayılan korona virusuna yoluxanların arasında həmyerlilərimiz aşkar edilməyib. Lakin Çinin karantin elan edilən bəzi şəhərlərində əksəriyyəti tələbələr olan həmvətənlərimiz də karantin şəraitində qalmaqdadır. Həmin tələbələrdən bir neçəsi son vəziyyəti "Xəzər Xəbər"lə bölüşüblər.

Küçələr, alıveriş mərkəzləri bomboş ,ictimai nəqliyyatdan istifadə edən demək olar ki, yoxdur. Bura Çinin məşhur turistik şəhərlərindən biri olan Guangzhou şəhəridi.

Çinin təhsil alan həmyerlimiz Turqay Bədəlov dostları ilə səyahət etmək üçün oxuduğu Xian şəhərindən Guangzhou şəhərinə gəlib.Təhsil aldığı şəhərdə hazırda Korona virusu olduğundan onlar geri qayıtmayıblar.

Bənzər mənzərə Çinin digər şəhərlərində də müşahidə edilir. Çinin karantin elan edilmiş şəhərlərində isə vəziyyət daha da kritikdir.Karantin elan edilən Vuhan şəhərində də bir neçə həmyerlimiz qalıb.Doktorantura tələbəsi Leyla Quliyeva da ailəsi ilə birlikdə bu şəhərdədir. Leyla Quliyeva deyir ki,3 gün əvvəl gecə saat 2-də şəhəri tərk etmələri barədə xəbərdarlıq olunub.Lakin xəbərdarlıq gecə edildiyindən onun və ailəsinin məlumatı olmayıb.Buna görə də onlar şəhərdən çıxa bilmirlər.

Hazırda Çinin bir sıra şəhərlərində karantin elan edildiyindən şəhərə giriş çıxışlar bağlanılıb.Virusa yoluxmayanların təxliyyəsi həyata keçirilir.Virusun indiyədək aşkar edilməmiş növündən ölənlərin sayı 57 nəfərə çatıb.

Bu arada Çində koronovirusla əlaqədar vəhşi heyvanların ölkə ərazisində istənilən formada satışı və daşınması qadağan edilıb.Çin hökuməti istehlakçılara vəhşi heyvanlarının ətindən istifadənin hansı təhlükələrə səbəb olacağı barədə xəbərdarlıq edib, bunun dərk edilməsini zəruri sayıb və insanlara sağlam qidalardan istifadə tövsiyə olunub.

Xəbər lenti