Xəzər Xəbər

ABŞ-dakı aktiv qazma qurğularının sayı azalıb

Dünya | 13:04 • 25 Yanvar 2020
ABŞ-dakı aktiv qazma qurğularının sayı azalıb

Birləşmiş Ştatlardakı aktiv qazma qurğularının sayı geriləyib.


Bu barədə "Baker Hughes” şirkəti məlumat yayıb. Bildirilir ki, ötən hesabat həftəsində ABŞ-dakı aktiv neft və qaz qazma qurğularının sayı 2 ədəd azalaraq 794 olub. Keçən ilin eyni dövrü ilə müqayisədə ölkədəki aktiv qazma qurğularının sayı 265 ədəd geriləyib.


Ötən həftə ABŞ-dakı aktiv neft qazma qurğularının sayı 3 ədəd artaraq 676 olub. Əvvəlki ilin müvafiq dövrünə görə neft qazma qurğularının sayında 186 ədəd azalma qeydə alınıb.


Aktiv qaz qazma qurğularının sayı isə 5 ədəd geriləyərək 115 olub və keçən ilin eyni dövrünə nisbətən ölkədəki qazma qurğularının sayı 82 ədəd azalıb.


Qeyd edək ki, ABŞ-da aktiv neft qazma qurğularının sayı 1981-ci ildə ölkə tarixində maksimuma, yəni 4 min 530-a çatıb. Neftin qiymətinin ucuzlaşması fonunda ölkədəki aktiv neft qazma qurğularının sayı 2016-cı ilin mayında isə minimuma – 316-ya düşüb.

Xəbər lenti