Xəzər Xəbər

Bakıda 1 milyon kvadratmetr olan tikinti obyektlərinin inşasına icazələr verilib

İqtisadiyyat | 10:57 • 25 Yanvar 2020
Bakıda 1 milyon kvadratmetr olan tikinti obyektlərinin inşasına icazələr verilib

Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən Bakıda ümumi sahəsi təqribən 1 milyon kvadratmetr olan tikinti obyektlərinin inşasına icazələr verilib.


Komitədən xezerxeber.az-a bildirilib ki, bu barədə Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev yanvarın 24-də ötən ilin yekunlarına həsr olunmuş kollegiya iclasında deyib.


O bildirib ki, genişləndirilmiş səlahiyyətləri çərçivəsində komitənin sərəncamları ilə 2019-cu il ərzində təsdiq olunmuş və ölkə üzrə tikintiyə icazələrin verilməsi üçün əsas olan 371 şəhərsalma əsaslandırılması ilə inşası nəzərdə tutulan tikinti obyektlərinin yerüstü mərtəbələrinin ümumi sahəsi 4 milyon 647 min 211 kvadratmetrdir ki, bu sahənin 2 milyon 520 min 808 kvadratmetr hissəsini mənzillər təşkil edəcək.

Xəbər lenti