Xəzər Xəbər

Şahmatçılarımız “Masters” turnirində “sülh”ə razılaşıblar

İdman | 09:59 • 25 Yanvar 2020
Şahmatçılarımız “Masters” turnirində “sülh”ə razılaşıblar

Cəbəllütariqdə keçirilən beynəlxalq şahmat festivalının "Masters” turnirinin dördüncü turunun oyunlarını Azərbaycan təmsilçiləri heç-heçə ilə başa vurublar.


Xezerxeber.az xəbər verir ki, Şəhriyar Məmmədyarov argentinalı Leandro Krysa, Vasif Durarbəyli italiyalı Pier Luigi Basso ilə "sülh”ə razılaşıblar. Dörd turdan sonra V.Durarbəyli 3,5 xalla dördüncü, Ş.Məmmədyarov 3 xalla 12-ci pillədədirlər.


"Masters” turnirinə dünyanın müxtəlif ölkələrindən 241 şahmatçı qatılıb. Onlardan 116-sı qrossmeysterdir.

Xəbər lenti