Xəzər Xəbər

İraq xalqı xarici hərbçilərin ölkədən çıxarılmasını tələb edir

Dünya | 09:42 • 25 Yanvar 2020
İraq xalqı xarici hərbçilərin ölkədən çıxarılmasını tələb edir

Bu gün milyondan çox insanın küçə və meydanlara çıxaraq ABŞ hərbi hissələrinin ölkədən çıxarılmasını tələb etməsi referendumun nəticəsi kimi qiymətləndirilə bilər.


Bu sözləri İraq parlamentinin üzvü Məhəmməd Əl-Baladavi deyib. O bildirib ki, ABŞ-ın İraqdakı hərbi hissələrini saxlamaq istəyi və regionda hərbi iştirakı iflasa uğrayıb. İraq xalqı birmənalı olaraq xarici hərbçilərin ölkədən çıxarılmasını tələb edir.


Xatırladaq ki, ABŞ hərbi hissələrinin ölkədən çıxarılması ilə əlaqədar parlamentdə referendum keçirilməsi təklif edilmişdi.


Yanvarın 24-də Bağdad da daxil olmaqla ölkənin bütün şəhərlərində ümumilikdə 1 milyondan çox insan etiraz aksiyası keçirərək ABŞ hərbi hissələrinin İraqdan çıxmasını tələb edib.


ABŞ administrasiyası hələ ki İraqda baş verənlərə rəsmi münasibət bildirməyib.

Xəbər lenti