Xəzər Xəbər

Beyləqanda qoyun oğruları tutuldu

Hadisə | 18:17 • 24 Yanvar 2020
Beyləqanda qoyun oğruları tutuldu

Beyləqan rayon sakinin 9 baş qoyunu oğurlamaqda şübhəli bilinən şəxslər saxlanılıblar.

Bu barədə XəzərXəbər-ə Daxili İşlər Nazirliyindən məlumat verilib.

Beyləqan RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində ötən il dekabrın 26-da E.Qurbanovun həyətyanı sahəsindən 9 baş qoyun oğurlamaqda şübhəli bilinən Aşqallar kənd sakini H.Qafarov və Sabirabad rayon, sakini əvvəllər məhkum olunmuş Ş.Dadaşov saxlanılıblar.

Xəbər lenti