Xəzər Xəbər

Gürcüstan tarixi rekorda imza atdı: 94 milyon şüşə...

Maraqlı | 18:07 • 24 Yanvar 2020
Gürcüstan tarixi rekorda imza atdı:

Ötən il Gürcüstan dünyanın 53 ölkəsinə 94 milyon şüşə şərab ixrac edib ki, bu da əvvəlki illə müqayisədə 9 faiz çoxdur.

Bu barədə Gürcüstan Milli Şərab Agentliyinin hesabatında bildirilib.

Vurğulanıb ki, bu göstərici ölkənin müstəqillik tarixində rekord həddir.

Hesabat dövründə şərab ixracının dəyəri isə əvvəlki illə müqayisədə 17 faiz artaraq 240 milyon ABŞ dollarına çatıb.

Qeyd edilib ki, ötən il ölkənin şərab ixracatı Böyük Britaniyaya 60 faiz, ABŞ-a 48 faiz, Polşaya 17 faiz və Çinə 2 faiz artırıb./Azərtac

Xəbər lenti