Xəzər Xəbər

"Liverpul"un 120 milyonluq transfer planı

İdman | 16:07 • 24 Yanvar 2020
"Liverpul"un 120 milyonluq transfer planı

İngiltərədə rekordları alt-üst edən "Liverpul" transferlərə də diqqət ayırır.

"Qırmızılar" "Bayer"in yarımmüdafiəçisi Kay Havertsi transfer etmək istəyir. Mersisaydlıların Leverkuzen klubuna 120 milyon avro təklif etməyi planlaşdırdığı iddia edilir.

"Mançester Yunayted", "Bayern","Barselona" kimi klubların hədəfində olan Havertsin mövsümün sonunda "Bayer"dən ayrılacağı gözlənilir.

20 yaşlı futbolçu 11 yaşından "Bayer"in yetirməsidir. O, 2018-ci ildən Almaniya millisinə dəvət alır.

Xəbər lenti