Xəzər Xəbər

ŞOK İDDİA: Putin onu BAĞIŞLADI VİDEO

Veb TV | 15:42 • 24 Yanvar 2020
ŞOK İDDİA: Putin onu BAĞIŞLADI

Rusiya məhkəməsi Moskvada həbs olunan İsrail vətəndaşı Yaffoy İssaharı sərbəst buraxacaq.

BBC-nin məlumatına görə, iddia edilir ki, İssaharın sərbəst buraxılması qarşılığında Təl-Əviv Şərqi Qüdsdə yerləşən Aleksandr meydanını Moskvaya verəcək. İddialara görə, bununla bağlı Baş nazir Binyamin Netanyahu və prezident Vladimir Putin arasında razılıq əldə olunub.

Qeyd edək ki, bu gün İsraildə Yaffoy İssaharın anası ilə Putin arasında görüş olub. Anası Putindən qızının sərbəst buraxılmasını xahiş edib. Kreml rəhbəri isə "hər şey gözəl olacaq” cavabını verib. Eyni zamanda ABŞ vətəndaşı olan Yaffoy İssahar ötən il Moskva hava limanında saxlanılıb. Məhkəmə üzərində narkotik vasitə tapılan İssahar barəsində 7,5 il iş kəsib.

Əlavə edək ki, Vladimir Putin Beşinci Dünya Holokost Forumunda iştirak etmək üçün İsraildə səfərdədir./publika.az

Xəbər lenti