Xəzər Xəbər

Avropa Parlamentinin konstitusiya işləri üzrə komitəsi Brexiti bəyənib

Dünya | 09:05 • 24 Yanvar 2020
Avropa Parlamentinin konstitusiya işləri üzrə komitəsi Brexiti bəyənib

Avropa Parlamentinin konstitusiya işləri üzrə komitəsi fövqəladə iclasda Böyük Britaniyanın Avropa İttifaqının tərkibindən çıxmağı haqqında razılaşma – Brexiti təsdiqləyib.


Xezerxeber.az xarici KİV-ə istinadla xəbər verir ki, Avropa İttifaqı (Aİ) tərəfindən bu sənədin təsdiqi Avropa Parlamentinin yanvarın 29-da plenar sessiyasında səsvermədən sonra yekunlaşacaq. Bununla da Böyük Britaniya yanvarın 31-də Aİ-ni rahatlıqla tərk edə biləcək.

Xəbər lenti