Xəzər Xəbər

İrandan Azərbaycana narkotik satmağa gələn iki nəfər tutulub VİDEO

Veb TV | 20:04 • 23 Yanvar 2020
İrandan Azərbaycana narkotik satmağa gələn iki nəfər tutulub

İrandan Azərbaycana narkotik satmağa gələn iki nəfər tutulub.

Biləsuvar Rayon Polis Şöbəsinin əməkdaşlarının narkotiklərin qanunsuz dövriyyəsinə qarşı daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayonun Arazbarı kəndi ərazisində 2 nəfər İran vətəndaşı, Rövşən Nusrəti və Rəsul Modiri saxlanıblar.

Həmin şəxslərin bildirdiyinə görə, narkotik vasitələri İran vətəndaşı olan "əli" adlı şəxsin sifarişi ilə qaçaqmalçılıq yolu ilə Azərbaycan ərazisinə gətiriblər. Saxlanılan şəxslər narkotik vasitələri əvvəlcədən müəyyən edilmiş yerdə gizlədəndən sonra geri qayıtmalı imişlər.

Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları isə qanunla qadağan olunan psixotrop tərkibli dərmanların satışı ilə məşğul olan aptekdə işləyən şəxsləri tutub. Daxil olmuş əməliyyat məlumatı əsasında Xətai rayonu ərazisindəki apteklərin birində əczaçı işləyən Mahir Salmanov və Vüsalə Məmmədova 14 ədəd müxtəlf növ psixotrop maddə satarkən saxlanıblar. Aptekə baxış zamanı satışına məhdudiyyət qoyulmuş 4 min 216 ədəd müxtəlif adda psixotrop tərkibli dərmanlar aşkar edilərək götürülüb.

Saxlanılan şəxslər barəsində cinayət işi başlanıb, əməliyyat-istintaq tədbirləri davam etdirilir.

Xəbər lenti