Xəzər Xəbər

Nazirlikdən HAVA XƏBƏRDARLIĞI: Bakıda sulu qar yağacaq, 2 dərəcə şaxta olacaq

Gündəm | 17:52 • 23 Yanvar 2020
Nazirlikdən HAVA XƏBƏRDARLIĞI:

Sinoptiklər ölkə ərazisində gözlənilən qeyri-sabit hava şəraiti ilə bağlı xəbərdarlıq ediblər.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında yanvarın 24-də güclü şimal-qərb küləyi əsəcək. Yanvarın 24-dən 25-i səhərədək hava şəraitinin yağıntılı keçəcəyi, arabir intensivləşəcəyi gözlənilir. Yanvarın 24-də axşamdan başlayaraq bəzi yerlərdə yağışın sulu qara, qara keçəcəyi ehtimalı var. Havanın temperaturunun yanvarın 24-dən 25-nə keçən gecə 0°-dən 2° şaxtayadək enəcəyi ehtimal edilir.

Azərbaycanın rayonlarında yanvarın 25-dək hava şəraitinin qeyri-sabit keçəcəyi, arabir yağıntılı olacağı, bəzi yerlərdə sulu qar, dağlıq və dağətəyi rayonlarda qar yağacağı, ayrı-ayrı yerlərdə intensivləşəcəyi proqnozlaşdırılır. Şimal-qərb küləyi əsəcək, arabir güclənəcək. Dağlıq və dağətəyi rayonlarda yolların buz bağlayacağı bildirilir.

Xəbər lenti