Xəzər Xəbər

Dəhşətli virusa yoluxmuş sərnişini aeroportdan belə çıxardılar - VİDEO

Veb TV | 16:56 • 23 Yanvar 2020
Dəhşətli virusa yoluxmuş sərnişini

Sosial şəbəkələrdə ölümcül Çin koronavirusuna yoluxanlar üçün mobil təcridxananıngörüntüləri yayılıb.

Lenta.ru-nun məlumatına görə,Şanxay hava limanından olduğu bildirilənkadrları "Çin təhlükəsi”"Telegram” kanalı yayımlayıb.

Videoda hava limanının qara paltarlı bir neçə işçisinin binadan pəncərələri və qapısı olan kiçiksarı kabinənin necə itələdikləri qeydə alınıb. Mobil təcridxananın içində bir nəfərin olduğu görünür.

Xatırladaq ki, bundan əvvəl sosial şəbəkələrdə Çində yayılan ölümcül naməlum virusla əlaqədar sərnişin təyyarəsində aparılan yoxlamalar barədə kadrlar yayılmışdı.

Çinin Hubei əyalətində naməlum mənşəli sətəlcəm epidemiyasısürətlə yayılıb. Xəstəliyə yoluxanlar arasında ölüm halları da qeydə alınıb. Son məlumatlara görə, naməlum mənşəli virusa yoluxma halı artıq qonşu ölkələrdə də müşahidə olunur.

Hazırda 617 nəfərin bu virusa yoluxduğu bildirilir.

Xəbər lenti

Çox oxunanlar