Xəzər Xəbər

Hikmət Hacıyev “Euroactive“ə müsahibə verdi VİDEO

Veb TV | 20:49 • 22 Yanvar 2020
Hikmət Hacıyev “Euroactive“ə müsahibə verdi

''Təəssüf ki, ötən il münaqişənin həlli baxımından itirilmiş il olub. Biz bu münaqişənin həlli üçün hər hansı bir xüsusi hərəkət görə bilmirik''. Bunu Prezidentin Köməkçisi Hikmət Hacıyev avropanın nüfuzlu "Euractıv" xəbər portalına müsahibəsində deyib. Hikmət Hacıyev Avropa İttifaqı ilə yeni ticarət sazişi barədə danışarkən tərəflər arasında fərqli baxışların olduğunu qeyd edib və Azərbaycanın bəzi məsələlərdə Avropa İttifaqından daha çevik yanaşma göstərməsini gözlədiyini deyib.

Avropa İttifaqının Azərbaycanın ərazi bütövlüyü, suverenliyi və beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığı ilə bağlı prinsipial və qəti mövqeyini müsbət qiyməndiririk

Bunu Prezidentin köməkçisi, Prezident Adminstrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Belçikayanın nüfuzlu "EURACTIVE" xəbər portalına müsahibəsində deyib.Onunsözlərinə görə Ermənistan Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı məsələlərdə destruktiv mövqey nümayiş etdirib

Daha sonra erməni tərəfi çox yüksək səviyyədə "yeni ərazilər, yeni müharibələr" və "bir santimetr belə ərazinin qaytarılmayacağını" dedi. Nəhayət, Ermənistanın Baş naziri Azərbaycanın işğal olunmuş Xankəndi şəhərində "Dağlıq Qarabağ Ermənistandır" dedi. Bu, suveren bir dövlətin ərazisinin digər bir ölkənin rəhbəri səviyyəsində açıq şəkildə ilhaq edilməsi deməkdır. Bu, nəinki danışıqlara zərbə vurur, bütövlükdə danışıqlar prosesini dağıdır. Biz həmsədr ölkələrə, beynəlxalq ictimaiyyətə ismarıc göndərdik ki, Dağlıq Qarabağ Azərbaycandır və nida işarəsi!-deyəHikmət Hacıyevbildirib.

Prezidentin köməkçisi Avropa İttifaqı ilə yeni ticarət sazişi barədə danışarkən tərəflər arasında fərqli baxışların olduğunu qeyd edib və Azərbaycanın bəzi məsələlərdə Avropa İttifaqından daha çevik yanaşma göstərməsini gözlədiyini deyib.

Hazirda Azərbaycan NATO tərəfindən etibarli və öz öhdəliklərinə sadiq bir tərəfdas kimi qəbul edilirdeyən Hikmət Hacıyev yaxasına taxılmış qərənfil nişanı ilə bağlı da danışıb.O 20 yanvartarixi barədə ətraflı məlumat verib.

Xəbər lenti