Xəzər Xəbər

Bakı metrosunda cibgirlər yaxalandı VİDEO

Veb TV | 20:36 • 22 Yanvar 2020
Bakı metrosunda cibgirlər yaxalandı

Günün pik saatlarında metroda sərnişin sıxlığından istifadə edib ciblərə girib.

Bakı şəhər Baş Polis İdarəsi və Metropolitendə Polis Şöbəsinin əməkdaşları metro stansiyalarında, vaqonlarda və platformalarda sərnişinlərin sıx olduğu vaxtlarda cibgirliklə məşğul olan əvvəllər məhkum olunmuş paytaxt sakini Elçin Məmmədovu saxlayıb. Araşdırma zamanı onun yanvar ayının 19-da günün müxtəlif saatlarında metronun ''İnşaatçılar'' və ''28 May'' stansiyalarında iki qadının cibindən mobil telefon oğurladığı məlum olub.

Araşdırma zamanı Elçin Məmmədovun təkcə metropolitendə yox, paytaxt ərazisində sərnişin avtobuslarında da cibgirliklə məşğul olduğu məlum olub.

Faktlarla bağlı onun barəsində cinayət işi başlanıb, istintaq-əməliyyat tədbirləri davam etdirilir. Elçin Məmmədov, metropoliten eləcə də paytaxt ərazisində digər analoji cinayətlər törətdiyi istisna olunmur.

Xəbər lenti