Xəzər Xəbər

Sumqayıtda ağır qəza: ölən və yaralılar var VİDEO

Veb TV | 20:22 • 22 Yanvar 2020
Sumqayıtda ağır qəza: ölən və yaralılar var

Sumqayıt şəhərində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Sərnişin avtobusu piyadanı vurub, sonra isə elektrik dirəyinə çırpılıb. Hacıqabulda isə yük maşının vurduğu piyada digər avtomobillərin altında qalaraq tanınmaz hala düşüb.

Avtobus piyadanı vuraraq öldürüb.

Hadisə Sumqayıt şəhərinin giriş hissəsində qeydə alınıb. Belə ki, Elmdar Hüseynovun idarə etdiyisərnişin avtobusu Sülh prospektində yolu keçən 27 yaşlı Tural Məmmədovu vurub. Daha sonra idarəetməni itirən avtobus işıq dirəyinə çırpılıb. Piyada Tural Məmmədovaldığı xəsarətlərdən hadisə yerində keçinib. Avtobusda olan dörd sərnişin isə ağır bədən xəsarətləri alıblar. Yaralılardaniki nəfər Elimdar Hüseynov və Aidə Kərimova ağır vəziyyətdə xəstəxanaya çatdırılıb. Digər iki yaralı isə ambulator müalicəyə göndərilib.

Hacıqabulda isə yük maşının vurduğu piyada digər avtomobillərin altında qalaraq tanınmaz hala düşüb. Hadisə Bakı-Qazax magistral yolunun Qarasu və Padar kəndləri arasında baş verib. Avtomobillərin qarşısına çıxan hələlik kimliyi məlum olmayan piyadanı yük avtomobili vurub. Daha sonra arxadan gələn bir neçə maşın onun üstündən keçib. Vurulan piyada tanınmaz hala düşüb. Onun meyiti məhkəmə tibb ekspertizasına təhvil verilib. Faktla bağlıaraşdırma aparılır.

Xəbər lenti