Xəzər Xəbər

Tahir Budaqov: "Əhalinin müəyyən faizinin siyahıyaalmadan kənarda qalması ola bilər"

Cəmiyyət | 11:59 • 22 Yanvar 2020
Tahir Budaqov: "Əhalinin müəyyən faizinin siyahıyaalmadan kənarda qalması ola bilər"

"Siyahıyaalma bütün dünyada BMT-nin elan etdiyi raund əsasında həyata keçirilir. Əhalinin müəyyən faizinin siyahıyaalmadan kənarda qalması ola bilər. Amma son vaxtlar tətbiq olunan texnologiyalar əsasında ənənəvi üsulları ilə yanaşı, inzibati məlumat mənbələrindən istifadə yolu ilə də siyahıyaalma həyata keçirilir".


Bunu Dövlət Statistika Komitəsinin sədri Tahir Budaqov bildirib. Onun sözlərinə görə, Azərbaycanda ilk dəfə bu siyahıyaalma zamanı təsərrüfat başına uçot kitablarından da istifadə həyata keçirilib: "İlin sonuna qədər siyahıyaalmadan kənarda qalan şəxslərin müraciətləri əsasında siyahıyaalınmasını təmin etdik. 51 nəfər operator müvəqqəti müddətli müqavilə əsasında işə cəlb olunub. Hazırda da həmin operatorlar tərəfindən siyahıyaalma materiallarının məlumat bazasına daxil edilməsi prosesi həyata keçirilir. Bu ilin sonunadək bu proses başa çatdırılacaq". Komitə sədri qeyd edib ki, ondan sonra isə proqram əsasında müxtəlif parametrlər üzrə çıxış cədvəllərinin alınmasına başlanılacaq və bu proses də bir il davam edəcək: "Yekun olaraq siyahıyaalmanın nəticələrini əks etdirən təxminən 30 cilddən ibarət məcmuə nəşri ilə bu prosesə son veriləcək".

Rubrikanın digər xəbərləri

NİİM-dən svetoforlarla bağlı vətəndaşlara
NİİM-dən svetoforlarla bağlı vətəndaşlara MÜRACİƏT
14:15 • 18 Aprel 2024
Azərbaycanda satılan yağlarla bağlı araşdırma BİTDİ
Azərbaycanda satılan yağlarla bağlı araşdırma BİTDİ NƏTİCƏLƏR AÇIQLANDI
13:34 • 18 Aprel 2024
Azərbaycanda pensiyaların verilməsi yubanır?
Azərbaycanda pensiyaların verilməsi yubanır? RƏSMİ AÇIQLAMA
13:12 • 18 Aprel 2024
Türkiyə-Azərbaycan Universiteti ilə bağlı
Türkiyə-Azərbaycan Universiteti ilə bağlı YENİ XƏBƏR
13:06 • 18 Aprel 2024
I sinifə qəbulda yeniliklər
I sinifə qəbulda yeniliklər AÇIQLANDI
13:01 • 18 Aprel 2024
Sabahın hava
Sabahın hava PROQNOZU
12:37 • 18 Aprel 2024
9 illik baza üzrə buraxılış imtahanı keçiriləcək
9 illik baza üzrə buraxılış imtahanı keçiriləcək DƏQİQ TARİX
11:30 • 18 Aprel 2024

Xəbər lenti