Xəzər Xəbər

Ötən il Ukraynada 410 işçi əmək fəaliyyəti zamanı həlak olub

Dünya | 08:43 • 22 Yanvar 2020
Ötən il Ukraynada 410 işçi əmək fəaliyyəti zamanı həlak olub

2019-cu ildə Ukraynada 410 işçi əmək fəaliyyəti zamanı həlak olub.


AZƏRTAC Ukrayna Sosial Sığorta Fondunun mətbuat xidmətinə istinadla xəbər verir ki, ötən il 2018-ci illə müqayisədə işçilərin ölüm faktında 60 artım olub.


Hesabatda qeyd edilib ki, ötən il əmək fəaliyyəti zamanı 4394 nəfər xəsarət alıb ki, bu da 2018-ci illə müqayisədə 8,6 faiz azdır.


Ukrayna hökuməti işçilərin əmək fəaliyyəti zamanı təhlükəsizlik qaydalarının pozulmasına görə tətbiq olunan cərimələrin miqdarını artırılması təklifi ilə çıxış edib.

Xəbər lenti