Xəzər Xəbər

Magistratura və doktoranturaya qəbul olmaq istəyənlərin nəzərinə

Cəmiyyət | 14:22 • 20 Yanvar 2020
Magistratura və doktoranturaya qəbul olmaq istəyənlərin nəzərinə

Bu ilin ilk 3 ayı ərzində magistratura və doktoranturaya qəbul imtahanlarının, eləcə də sınaq imtahanlarının vaxtı açıqlanıb.


Xezerxeber.az xəbər verir ki, yanvarın 26-da doktorantura və dissertanturaya qəbul olmaq istəyən şəxslər üçün xarici dil üzrə imtahan keçiriləcək. Fevralın 2-də isə magistraturaya qəbul olmaq istəyənlər kağız daşıyıcılar vasitəsilə sınaq imtahanı verəcəklər.


Ali təhsil müəssisələrinin və AMEA-nın magistraturalarına qəbul imtahanının fevralın 23-də keçirilməsi nəzərdə tutulur.

Xəbər lenti