Xəzər Xəbər

İraq neft yataqlarından birində hasilatı müvəqqəti dayandırıb

Dünya | 11:17 • 20 Yanvar 2020
İraq neft yataqlarından birində hasilatı müvəqqəti dayandırıb

İraq neft yataqlarından birində hasilatı müvəqqəti dayandırıb.


Xezerxeber.az xarici KİV-lərə istinadla xəbər verir ki, Neft İxrac Edən Ölkələr Təşkilatının (OPEC) ikinci ən böyük istehsalçısı olan İraqın neft yataqlarından birində hasilat müvəqqəti dayandırılıb. Ölkədə hadisələrin şiddətlənməsi fonunda digər bir neft bölgəsində də tədarükün dayandırılması təhlükəsi var.


Beynəlxalq Enerji Agentliyinə (IEA) görə, Yaxın Şərqin ikinci ən böyük neft istehsalçısı olan İraqın neft tədarükü ölkədə və daha geniş şəkildə bölgədə artan siyasi risklərə qarşı həssasdır.


Qeyd edək ki, Neft İxrac Edən Ölkələr Təşkilatının (OPEC) hesabatına görə, dekabrda İraqın neft istehsalı 76 min barrel geriləyərək sutkada 4 milyon 565 min barrel olub.

Xəbər lenti

Çox oxunanlar