Xəzər Xəbər

Beyləqanda məcburi köçkünlərin məskunlaşdığı binada yanğın baş verib

Region | 09:58 • 20 Yanvar 2020
Beyləqanda məcburi köçkünlərin məskunlaşdığı binada yanğın baş verib

Beyləqan rayonunun Yeni Mil qəsəbəsində ümumi sahəsi 240 m² olan məcburi köçkünlərin məskunlaşdığı ikimərtəbəli binanın çardağının taxta atmaları 50 m² sahədə yanıb.


FHN-dən xezerxeber.az-a verilən məlumata görə, binanın qalan hissəsi yanğından mühafizə olunub.


Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Xəbər lenti