Xəzər Xəbər

Bu meyvə qripin dərmanıdır VİDEO

Veb TV | 19:50 • 19 Yanvar 2020
Bu meyvə qripin dərmanıdır

Son vaxtlar paytaxt bazarlarında piştaxtaları maraqlı bir meyvə bəzəyir. Bu meyvəni ilk baxışda portağal və naringiyə bənzətmək olur. Dadı da o meyvələrə bənzəsə də, onun adı hallabonqdur. Daha çox qripin dərmanı hesab olunan bu meyvəyə təlbat da çoxdur

Buda hallabonq. Görünüşü ilə yerli meyvələrə bənzəyən bu meyvə iki meyvənin çalağının məhsuludur.

Satıcılar bildirir ki, əvvəllər bu meyvələr xaricdən gətirilsələr də, artıq yerli şəraitdə də yetişdirilir. Digər meyvələrdən ən böyük fərqi isə sezonda bir neçə ay satışda olmasıdır.

Satıcılar bildirir ki, az bir mövsümdə satışda olsa da alıcısı kifayət qədər çoxdur. Bu meyvəyə immun sisteminin güclənməsinə kömək edir.

Qeyd edək ki, bu meyvənin içərisində çəyirdəyi olmur. Daha çox saplağında yarpağı ilə dərilib saxlanır. Bu onun daha uzun müddət qalmasına kömək edir və tez xarab olmasının qarşısını alır.

Xəbər lenti