Xəzər Xəbər

Cəlilabad və Abşeronda narkotacirlər tutulub - VİDEO

Veb TV | 19:22 • 18 Yanvar 2020
Cəlilabad və Abşeronda narkotacirlər tutulub -

Cəlilabadda 16 kq narkotik vasitə dövriyyədən çıxarılıb.

Xezerxeber.az-ın məlumatına görə, Cəlilabad polisinin keçirdiyi əməliyyatla Göytəpə şəhər sakinləri Abdulla Zeynalov, Gündüz Məmmədov və Şakir İsmayılov saxlanıb. Abdulla Zeynalovun üzərində şəxsi axtarış aparılan zaman 3 kiloqramdan çox, Gündüz Məmmədovdan 3 kiloqram 350 qram, Şakir İsmayılovdan isə 1,364 qram heroin aşkar olunaraq götürülüb. Əməliyyat tədbirlərinin davamı olaraq dəstə üzvü Şakir İsmayılovun yaşadığı evdə də külli miqdarda narkotik vasitə saxladığı məlum olub. Onun rayon ərazisindəki evinə baxış zamanı satış üçün əldə etdiyi, 4 ədəd bağlamada qablaşdırılan ümumi çəkisi 2 kiloqram 565 qram heroin aşkar olunaraq götürülüb.

Abşeron rayonu Mehdiabad qəsəbəsində də polis əməliyyat keçirib. Əməliyyat nəticəsində "İkoş” ləqəbli qadın narkotacir tutulub.


Mehdiabad polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat axtarış tədbirləri zamanı 1996-cı il təvəllüdlü İlkanə Nəbiyeva saxlanılaraq məsuliyyətə cəlb olunub. Onun yaşadığı Mehdiabad qəsəbəsi, Gənclər şəhərciyi, bina 10, mənzil 12-yə baxış keçirilən zaman, oradan küllü miqdarda xüsusi bükümdə olan 5 qram heroin, 2 qram metodin kristal, bir ədəd tərəzi və digər narkotik maddələr tapılıb.


İlkanə Nəbiyeva bütün maddi sübutlarla polis bölməsinə gətirilib. O, bu işlə iki ildir məşğul olduğunu və 8 aydır heroin satdığını bildirib.


Faktla bağlı araşdırma aparılır.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:


Xəbər lenti