Xəzər Xəbər

Özbəkistan Prezidenti Senatın üzvlərini təyin edib

Dünya | 13:00 • 18 Yanvar 2020
Özbəkistan Prezidenti Senatın üzvlərini təyin edib

Özbəkistan Prezidenti Şavkat Mirziyoyev Ali Məclis Senatının üzvlərini təyin edib.


Yanvarın 16-17-də Özbəkistan Ali Məclisi Senatına seçkilər keçirilib. Yanvarın 17-də axşam seçkilərin nəticələri elan olunub.


Senatın 100 üzvündən 84-ü artıq seçilib. Qanunvericiliyə əsasən, qalan 16 senator Prezident tərəfindən təyin edilir. Dövlət başçısının yanvarın 18-də təyin etdiyi senatorlar ölkənin nüfuzlu elm, mədəniyyət və ədəbiyyat xadimləri arasından seçilib.


Qeyd edək ki, Özbəkistan parlamenti-Ali Məclisinə seçkilər iki turda - ötən il dekabrın 22-də və bu il yanvarın 5-də keçirilib. Ali Məclis 150 deputatdan ibarətdir.

Xəbər lenti

Çox oxunanlar