Xəzər Xəbər

Araz çayı qadağan olunmuş ov vasitələrindən təmizlənir

Region | 16:57 • 16 Dekabr 2019
Araz çayı qadağan olunmuş ov vasitələrindən təmizlənir

Su hövzələrinin qadağan olunmuş ov vasitələrindən təmizlənməsi məqsədilə növbəti reyd keçirilib. Araz çayının İmişli rayonun Şahverdili, Göbəktala, Məmmədli, Rəsullu kəndləri və Bəhrəmtəpə qəsəbəsi ərazisindən keçən hissəsi qadağan olunmuş sintetik torlardan və digər ov vasitələrindən təmizlənib.


Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Regional Ekologiya İdarəsinin rəisi Kənan Kərimli xezerxeber.az-a bildirib ki, 3 saylı Regional Ekologiya İdarəsinin və Su Nəqliyyatında Polis İdarəsinin İmişli Xətt Polis Məntəqəsinin əməkdaşları ilə birgə keçirilən reyd zamanı həmin ərazidən qadağan olunmuş ov alətləri maddi sübut kimi götürülüb və müvafiq sənədləşmə işləri aparılıb.


Reydlər davam etdirilir.

Xəbər lenti