Xəzər Xəbər

Pentaqondan Ərdoğanın açıqlamasına reaksiya "Yalnız Ankaranın icazəsi ilə..."

Dünya | 12:21 • 16 Dekabr 2019
Pentaqondan Ərdoğanın açıqlamasına reaksiya

ABŞ Türkiyənin hərbi bazalarını, o cümlədən İncirlik aviabazasını yalnız Ankaranın icazəsi ilə istifadə edir.

Bu barədə Pentaqondan Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın İncirlik və Kürecik bazalarının ABŞ üçün bağlana biləcəyinə dair sözlərini şərh edərkən deyiblər.

Pentaqondan bildirilib: "ABŞ qüvvələri Türkiyənin hərbi bazalarını, o cümlədən İncirlik aviabazasını yalnız Ankaranın icazəsi ilə istifadə edirlər. Biz Türkiyədəki qüvvələrimizin statusunu NATO üzrə müttəfiqimizlə əməkdaşlığımıza və onu qorumağa bağlılığımızın simvolu kimi görürük".

Qeyd edilir ki, Türkiyə NATO-nun Əfqanıstanda, Kosovoda, İraqda missiyalarına töhfə verir və ABŞ Milli Təhlükəsizlik Strategiyasının məqsədləri üçün vacib rol oynayır: "Biz Türkiyəni S-400 və digər fikir ayrılığı yaranmış sahələr ilə əlaqədar daha konstruktiv siyasət yürütməyə çağırırıq və bu münasibətləri qorumağa çalışırıq"./teleqraf

Xəbər lenti