Xəzər Xəbər

Avropa Liqası: 1/16 finalın püşkü atılır

İdman | 11:58 • 16 Dekabr 2019
Avropa Liqası:

Bu gün Avropa Liqasında 1/16 final mərhələsinin püşkü atılacaq.

İsveçrənin Nyon şəhərindətəşkil olunacaq mərasim Bakı vaxtı ilə16:00-da start götürəcək.

Püşkatmada 32 komanda iştirak edəcək və onlar 2 səbətə bölünəcək. Eyni ölkənin vəqrupun komandaları püşkdə üz-üzə çıxa bilməz.

1/16 finalın ilk oyunlar 2020-ci il fevralın 20-də, cavab görüşləri fevralın 27-də keçiriləcək.

Səpələnmişlər: "Ayaks" (Hollandiya), "Arsenal" (İngiltərə), "Bazel" (İsveçrə), "Benfika" (Portuqaliya), "Braqa" (Portuqaliya), "Seltik" (Şotlandiya), "Espanyol" (İspaniya), "Gent" (Belçika), "İnter" (İtaliya), "Başakşehir" (Türkiyə), LASK (Avstriya), "Malmö" (İsveç), "Mançester Yunayted" (İngiltərə), "Porto" (Portuqaliya), "Zaltsburq" (Avstriya), "Sevilya" (İspaniya)

Səpələnməmişlər: APOEL (Kipr), AZ (Hollandiya), "Bayer" (Leverkuzen, Almaniya), ÇFR (Rumıniya), "Brügge" (Belçika), "Kopenhagen" (Danimarka), "Ayntraxt" (Frankfurt, Almaniya), "Xetafe" (İspaniya), "Lüdoqorets" (Bolqarıstan), "Olimpiakos" (Yunanıstan), "Reyncers" (Şotlandiya), "Roma" (İtaliya), "Şaxtyor" (Donetsk, Ukrayna), "Sportinq" (Portuqaliya), "Volfsburq" (Almaniya), "Vulverhempton" (İngiltərə).

Xəbər lenti