Xəzər Xəbər

Tramp Əfqanıstanla bağlı istədiyini etdi: 13 min amerikalı əsgər...

Dünya | 09:23 • 16 Dekabr 2019
Tramp Əfqanıstanla bağlı istədiyini etdi:

ABŞ prezidenti Donald Tramp Əfqanıstanda xidmət edən 13 minə yaxın amerikalı əsgərin üçdə birini geri çəkməyi planlaşdırır.

Bu barədə CNN-ə adını açıqlamayan amerikalı rəsmi danışıb.

Məlumata görə, ABŞ ilə Taliban arasında dialoqun bərpa olunmasından sonra bu qərar qəbul edilib. Qərara əsasən, Əfqanıstanda 4 min ABŞ əsgəri qalacaq.

Xəbərdə ABŞ-ın 2011-ci ildən bəri Əfqanıstandakı müharibəyə 133 milyard dollar xərclədiyi vurğulanıb. Müharibədə 2 min 300 amerikalı əsgər həlak olub, 58 mindən çox əfqan əsgər, 38 min dinc sakin, 42 min militan öldürülüb.

Qeyd edək ki, ABŞ-la Taliban arasındakı dialoqlar bu il sentyabrın 5-də NATO əsgərlərinə qarşı təşkil edilən hücumdan sonra dayandırılmışdı. Trampın sürpriz Əfqanıstan səfərindən sonra dialoq yenidən başlanıb.

Xəbər lenti