Xəzər Xəbər

Brendan Rocers Çağlar Söyüncünün gələcəyindən danışdı

İdman | 17:16 • 15 Dekabr 2019
Brendan Rocers Çağlar Söyüncünün gələcəyindən danışdı

"Lester Siti"nin baş məşqçisi Brendan Rocers komandanın müdafiəçisi Çağlar Söyüncünün qış fasiləsində ayrılmayacağını açıqlayıb.

Şimali irlandiyalı mütəxəssis türkiyəli futbolçu ilə yeni müqavilə imzalanacağını deyib:

"Futbol direktorumuz Con Radkin Çağların agenti ilə görüşüb. Ancaq danışıqların necə getdiyindən məlumatsızam. Bəzi futbolçularımızla qışda müqaviləni uzada bilərik. Fasilədə hansısaoyunçu ilə yolları ayırmayacağıq. Bu heyəti qorumaq istəyirəm".

Çağlar "tülkülər"də vergilər xaric illik 1,7 milyon avro maaş alır. O, klubda ən az məvacib alan futbolçulardan biridir. "Lester Siti" Türkiyə millisinin üzvünə qaranti olaraq, illik 2,5 milyon avro maaş təklif edib.


Xəbər lenti