Xəzər Xəbər

Mahsun Kırmızıgül 14 il sonra bunu etdi VİDEO

Veb TV | 16:03 • 15 Dekabr 2019
Mahsun Kırmızıgül 14 il sonra bunu etdi

Müğənni Mahsun Kırmızıgül 14 illik fasilədən sonra ilk dəfə mikrofon qarşısına keçib.

"Qafqazinfo” xəbər verir ki, hazırda aktyor-rejissor kimi fəaliyyətini davam etdirən Kırmızıgül "Mücize 2: Aşk” filmi üçün "Yoksun sən” mahnısını səsləndirib. Müğənni sosial şəbəkədə yeni bəstəsini belə təqdim edib:

"Uzun və zəhmətli işdən sonra "Möcüzə 2: Aşk” filmi üçün səsləndirdiyim "Yoksun sən” adlı əsərimlə sizinləyəm. Simfoniya çalındı və mən ilk dəfə 14 il sonra mikrofon başına keçdim”.

Qeyd edək ki, adıçəkilən filmdə mərhum Əməkdar artist Xanım Qafarovanın qızı Gövhər də epizodik rolda çəkilib.

Xəbər lenti