Xəzər Xəbər

Morales Argentinada yaşayacaq

Dünya | 09:59 • 14 Dekabr 2019
Morales Argentinada yaşayacaq

Boliviyanın sabiq prezidenti Evo Morales Argentinanın San-Ramon-de-la-Nueva-Oran şəhərində yaşayacaq.


Xezerxeber.az-ın "RİA Novosti"yə istinadən verdiyi məlumata görə, E.Moralesin yaşayacağı şəhər Boliviya sərhədi yaxınlığında yerləşir.


Bildirilir ki, Boliviyanın sabiq prezidenti şəhərdə gələn həftə məskunlaşacaq və oradan öz partiyasının 2020-ci il seçkilərində prezidentlik kampaniyasına rəhbərlik edəcək.

Məlumata əsasən, orada həmçinin sabiq vitse-prezident Alvaro Qarsiya Linera və sabiq perzidentlə işləyən digər şəxslər yaşayacaq.

Xəbər lenti